Millimizin qapıçısı Kamran Ağayevin yeni klubu bəlli olub. Sport7.az xəbər verir ki, "Karşıyaka"dan ayrılan qolkiper karyerasını Azərbaycanda davam etdirəcək.
Əldə etdiyimiz məlumata görə, o, "Sumqayıt"la anlaşıb. Belə ki, tərəflər arasında 1 illik müqavilə imzalanıb. Ancaq yayda təklif gələcəyi halda Ağayev sərbəst şəkildə "kmyaçılar"ı tərk edə biləcək.
Qeyd edək ki, Ağayevin "Sumqayıt"ı seçməsində səbəb əvvəlki formasını bərpa etməkdi.