26 Dekabr 2015 18:11
543
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərə millisinin baş məşqçisi Roy Hocson komandanın futbolçusu Ueyn Runi haqda danışıb.

Qol.Az-ın məlumata görə, Rocson "Sky Sports"a açıqlamasında Runinin hələ yığmadakı yerinin təmin edilmədiyini bildirib:

"Runinin paltardəyişmə otağında komanda yoldaşları üçün nə qədər faydalı olmasının heç bir əhəmiyyəti yoxdur. Bizə lazımdır ki, Runi oynasın, qol vursun və komandanı arxasınca aparsın. Ümid edirəm ki, o, "Avro-2016"nın final mərhələsinə qədər lazımi formasını yığacaq. Çünki yığmada heç bir futbolçunun yeri təmin olunmayıb. Milli komandada təcrübəli futbolçuların olması üstünlükdür".

Qeyd edək ki, cari mövsüm İngiltərə Premyer Liqasında 13 oyun keçirən Runi 2 qol vurub.


Müəllif: