"Qarabağ"ın hücumçusu Raydell Pupon Ağdam klubundan ayrılacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Teleqraf.com xəbər verir ki, hollandiyalı futbolçu vətənində verdiyi açıqlamada bunları söyləyib:
"Qarabağ"dan ayrılacağımla bağlı xəbərlərin haradan qaynaqlandığını bilmirəm. Ancaq məndən yanvarın 5-də komandanın düşərgəsində olmağımı isrtəyiblər.
Gələn ay Antalyada təlim-məşq toplanışı keçəcək komandanın düşərgəsinə qoşulacam. Mən "Qarabağ"da bir qədər oynamaq istəyirəm. Ayrılacağımla bağlı nə mənə, nə də menecerimə heç nə deyilməyib.
Hollandiya ilə müqayisədə Azərbaycanda bu işlər bir qədər fərqlidi. Əgər "Qarabağ" həqiqətən mənimlə yollarını ayırmaq istəyirsə, bu, onlara baha başa gələcək".
Pupon mövsümün əvvəllində Fransanın "Valansyen" klubundan "Qarabağ"a keçib.
Rüstəm