19 Yanvar 2016 08:51
544
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Real"ın futbolçusu Qaret Beylin son durumu müəyyənləşib.

İspaniya La Liqasının 20-ci turunda "Sportinq"ə (Xixon) qarşı matçda zədələnən uelsli yarımmüdafiəçinin əzələsinin dartıldığı müəyyənləşib. Onun ən azı 3 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.

Qeyd edək ki, Q.Beyl bu mövsüm La Liqada keçirdiyi 15 oyunda 13 qol vurub və 8 qolun ötürməsini verib.


Müəllif: