İngiltərə Premyer Liqasında liderliyini davam etdirən "Lester" komandanın bombardiri Ceymi Vardi ilə yeni sözləşmə imzalayıb. Hücumçu 2019-cu iə qədər sözügedən komandanın şərəfini qoruyacaq.
Məlumat "Mançester Siti" üzərində 3:1 hesablı qələbədən sonra klub tərəfindən yayılıb. Vardi klub saytına açıqlamasında uğurlu çıxışı üçün rəhbərliyə borclu olduğunu bildirib: "Mənə dəstək olduğu üçün klub rəhbərliyinə minnətdaram. Bunun qarşılığını ödəmək üçün hər gün çalışıram. Bu komandanın bir parçası olmağı uzun müddət idi ki, istəyirdim. Nələrisə bacardığımıza görə çox xoşbəxtəm. Belə motivasiyalı komanda görmədim".
Qeyd edək ki, Vardi "Lester"də 2010-cu ildən çıxış edir./sport.az