18 Fevral 2016 08:35
800
12 Punto 14 Punto 16 Punto 18 Punto

Futbolçu Arda Turandan ayrıldığı iddia olunan Aslıhan Doğan yayılan xəbərlərə reaksiya verib.

Cütlüyün ayrılması xəbəri yayıldıqdan dərhal sonra Aslıhan Barselonada çəkilən ikisinin fotosunu öz şəxsi "İnstagram" hesabında paylaşaraq ürək simvolu qoyub.

Qeyd edək ki, hazırda İstanbulda olan Aslıhan Doğanın İspaniyaya geri dönməməsi belə xəbərlərin yaranmasına səbəb olub. "Bugün" qəzetində yer alan xəbərdə, cütlük arasında dava düşdüyü bildirilirdi. 2015-ci ilin may ayından birlikdə olan cütlük evliliyə hazırlaşarkən ayrıldıqları iddia olunurdu.

Ardanın sevgilisindən yayılan xəbərlərə - REAKSİYA + FOTO


Müəllif: