25 Fevral 2016 01:32
721
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu axşam Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına yekun vurulur. ANS PRESS-in məlumatına görə, son oyun günündə 2 qarşılaşma keçirilir.

Hollandiya PSV-si doğma azarkeşləri önündə Madrid "Atletiko”sunu Kiyev "Dinamo”su isə evdə "Mançester Siti” ni qəbul edir.

Hər iki komanda milli çempionatlarında çempionluq iddiasındadı. "Dinamo" Ukrayna çempionatının 16 turunda 43 xal toplayıb və "Şaxtyor"la 1-2-ci pillələri bölüşür. Kiyev klubu ötən mövsüm qazandığı çempionluq titulunu qorumağa çalışır. "Mançester Siti" isə bir müddət Premyer Liqanın turnir cədvəlinə başçılıq etsə də, hazırda 4-cü pillədə qərarlaşıb. Aktivinə 47 xal yazan komanda mövsümün sürprizi hesab olunan lider "Leyçester"dən 6 xal geri qalır. "Mançester Siti" klubu sonuncu dəfə 2013/14 mövsümündə çempion olub.

PSV ötən mövsüm qazandığı Hollandiya çempionu titulunu qorumaq iddiasındadı. Komanda Erediviziyanın 24 turunda 59 xal qazanaraq turnir cədvəlinə başçılıq edir və ən yaxın rəqibi olan "Ayaks"ı 1 xal qabaqlayır.

"Atletiko"nun çempionluq şansı az olsa da, iddiasını itirməyib. Madrid klubu La Liqanın 25 turundan sonra 55 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb və lider "Barselona"dan 8 xal geri qalır. Madrid klubu 2013/14 mövsümündə İspaniya çempionu olaraq 18 illik həsrətə son qoymuşdu.

24 fevral

Çempionlar Liqası

1/8 final, ilk oyunlar

23:45. PSV - "Atletiko"

Hakimlər: Daniel Osrato, Lorenzo Manqanelli, Rikardo de Fiore və Elenito Di Liberatore (hamısı İtaliya)

23:45. "Dinamo" - "Mançester Siti"

Hakimlər: Antonio Matye Lahoz, Pau Sebrian Devis, Roberto del Palomar, Raul Kabanero (hamısı İspaniya)


Müəllif:

Oxşar xəbərlər