27 Fevral 2016 21:29
849
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin keçmiş futbolçusu İbrahim Toraman məhkəmə qarşısına çıxıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, futbolçunun həyat yoldaşı Eylem Yıldız ərindən şikayət edib. Məlumatlara görə, Toraman bir müddət öncə Yıldızı vəhşicəsinə döyüb. Hadisədən sonra cütlük boşanıb.

Ancaq Yıldızın ürəyi bununla da soyumayıb və yenidən Toramanı məhkəməyə verib. Məhkəmənin qərarına əsasən, futbolçu qarşıdakı 6 ay müddətində nə Yıldıza, nə də ki 2 yaşlı oğluna yaxınlaşa bilməyəcək.

Elvin


Müəllif:

Oxşar xəbərlər