Bu gün 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Ukraynadan olan həmyaşıdları ilə yoldaşlıq görüşü keçirib.
"Report"un məlumatına görə, Bakı Olimpiya Stadionunda baş tutmuş qarşılaşma Təbriz Həsənovun yetirmələrinin 0:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Ukrayna yığmasının heyətində Oleksiy Kaşşuk 56 və 77-ci dəqiqədə fərlənərək komandasına qələbə qazandırıb.
Komandalar martın 3-də Bakı Olimpiya Stadionunda təkrar qarşılaşacaqlar. Oyun saat 16:00-da başlayacaq.
Qeyd edək ki, daha öncə Təbriz Həsənovun rəhbərlik etdiyi komanda Rusiya ilə 2 dəfə üz-üzə gəlib. Bunlardan birində 1:5 hesabı ilə məğlub olan yığma digərində qələbə qazanıb - 1:0.