5 Mart 2016 01:51
515
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Liverpool"un keçmiş sahibi və fəxri prezidenti Devid Mures naməlum şəxslərin hücumuna məruz qalıb.

Teleqraf.com xəbər verir ki, gecə saatlarında onun evinə girən iki oğru müqavimət göstərən Muresin başına və ayaqlarına zərbələr endirib. Bundan sonra evdə olan qiymətli əşyaları götürən oğrular qaçmağa müvəffəq olub. Lankaşir əyalətinin polisi Mark Nesser bu hadisə ilə bağlı cinayət işinin açıldığını və araşdırmanın aparıldığını bildirib.

Mures 1991-2007-ci illərdə "Liverpool"un prezidenti olub. 2007-ci ildə o, klubun səhmlərini Tom Hiks və Corc Cilletə satmışdı. Bundan sonra 69 yaşlı funksioner klubun fəxri prezidenti olmuşdu.


Müəllif:

Oxşar xəbərlər