5 Mart 2016 09:57
638
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərənin "Mançester Yunayted" klubunun baş məşqçisi Lui Van Qal maraqlı açıqlama verib.

"Report"un xarici KIV-lərə istinadən verdiyi xəbərə görə, hollandiyalı mütəxəsssis Çempionlar Liqasını "zibil" adlandırıb.

65 yaşlı mütəxəssis səbəbini belə izah edib: "Ən yaxşı olmaq üçün idmanda rəqabət lazımdır. Çempionlar Liqası yarananda bu turnirin zibil olduğunu demişdim. Çünki bu yarışda təkcə ölkə birinciləri deyil, həm də ikinci, üçüncü və dördüncü yeri tutmuş komandalar da iştirak edir. Hesab edirəm ki, mübarizə yalnız çempionlar arasında olmalıdır. 20 il əvvəl də elə demişdim, indi də deyirəm. İdmanda yalnız birinci yer var. Qalanları ticari maraqlardır".

Qeyd edək ki, "Mançester Yunayted" Premyer Liqada 28 turdan sonra 47 xalla 5-ci pillədə qərarlaşıb.

Cari mövsümdə Çempionlar Liqasında mübarizə aparan "qırmızı şeytanlar" qrupda 3-cü pilləni tutaraq Avropa Liqasında mübarizəyə qoşulub. Avroliqanın 1/8 finalında "Mançester Yunayted" "Liverpul"la qaşrılaşacaq.


Müəllif:

Oxşar xəbərlər