Futbol üzrə qadınlardan ibarət Əfqanıstan millisi üçün yeni formalar hazırlanıb. Danimarkanın "Hummel" şirkətinin hazırladığı formalardan sonra qadın futbolçular meydana hicab taxıb çıxmayacaq.
Belə ki, yeni dizayn edilmiş formalarda hicab əvəzi baş örtüsü formanın içinə tikilib. Firmanın sahibi Kristian Stadil Əfqanıstan milli komandası ilə anlaşmadan sonra futbol tarixində ilk dəfə belə dizaynda formalar hazırlandığını bildirib.
Qeyd edək ki, FİFA qadınların baş örtüsü ilə oynamasına 2014-cü ildən icazə verir.//Sport7.az