Danimarkanın "Randers" klubunun yarımmüdafiəçisi Yonas Borrinq adıçəkilən komandanın şərəfini qorumaqdan imtina edib. Bunun səbəbi də kifayət qədər maraqlıdır.
Borrinq həyat yoldaşının ona komanda yoldaşı Xristian Kellerlə xəyanət etdiyinə görə bu qərara gəlib. Keller hazırda "Randers"in kapitanıdır.
"Mənim yoldaşım Kira hələ 2015-ci ilin sonunda ayrılmaq istədiyini dedi. Amma həmin vaxtdan bəri bir evdə yaşayırıq və iki övladımızın tərbiyəsi ilə məşğul oluruq. Hüquqi baxımdan biz hələ ər-arvadıq. Kellerin hərəkəti bizim münasibətimizə ciddi təsir göstərdi. İkimizin eyni klubda oynaması mümkün iş deyil. O, ilk dəfə soyunub-geyinmə otağında qaydaları pozdu. Mənim kürəyimə bıçaq söykədi", - Borrinq deyib.
Klub rəhbərliyi vəziyyətdən çıxış yolu tapmaq üçün 31 yaşlı yarımmüdafiəçiyə müddətsiz məzuniyyət verib. Eyni zamanda Keller kapitanlıq sarğısından məhrum olunub. Amma Borrinq həyat yoldaşının məşuqunu komandadan qovmağı əsas şərt kimi qoyub. Hər iki futbolçu 2012/13 mövsümündə "Randers"ə gəlib. Qeyd edək ki, oxşar hadisə "Chelsea"də Con Terri və Ueyn Bric arasında yaşanmışdı.(goal.az)