13 Mart 2016 21:38
588
12 Punto 14 Punto 16 Punto 18 Punto

Latviyanın paytaxtı Riqada keçirilən güləş üzrə Avropa çempionatında Azərbaycan güləşçiləri çıxışlarını başa vurublar.

Trend-in məlumatına görə, çempionatın son günündə yunan-Roma güləşi üzrə 71, 75, 80 və 85 kq çəki dərəcələrində pəhləvanlar mübarizəyə qoşulublar.

71 kq-da mübarizə aparan təmsilçimiz Həsən Əliyev ardıcıl olaraq Latviyadan Kristaps Kalnakarklis, Çexiyadan Jan Zizkanı tam üstünlüklə məğlub etsə də, 1/4 finalda Serbiya təmsilçisi Aleksandar Maksimoviçlə gərgin keçən görüşdə məğlub olub. Rəqibin finala yüksəlməsi ilə təsəlliverici görüşə qatılan H.Əliyev İsveçdən Klnut Zakarias Tallrotu təmiz qələbə ilə mübarizədən kənarlaşdırıb. Bürünc medal uğrunda həlledici görüşdə güləşçimiz Türkiyə idmançısı Yunus Özeldən güclü olub – 8:1.

Beləliklə, güləşçilərimiz Avropa çempionatını 8 medalla başa vurublar. Sərbəst və qadın güləşində yığmamızın üzvləri 2 qızıl, 2 gümüş, 2 bürünc, yunan-Roma güləşi üzrə yarışlarda isə 2 bürünc medal qazanıblar.


Müəllif:

Oxşar xəbərlər