Türkiyə superliqasının 26-cı turunda keçiriləcək "Qalatasaray" - "Fənərbaxça" matçının hakimləri müəyyənləşib.
"Türk Telekom Arena"da keçiriləcək oyun Mete Kalkavana tapşırılıb.
Ona Aleks Taşçıoğlu və Esat Sancaktar köməklik edəcək. Serkan Ok isə dördüncü referi funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, martın 20-də keçiriləcək "Qalatasaray" - "Fənərbaxça" oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.