28 Mart 2016 10:44
1 438
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Əsrlər boyu itirdiyimiz torpaqların günahkarı kimi öz millətimizi görürəm”.

Teleqraf.com-un məlumatına görə, bu fikirləri Milli Məclisin deputatı, Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev deyib.

Onun fikrincə, tutduğu vəzifəsindən, maddi imkanından, mövqeyindən, yaşından asılı olmayaraq heç bir maraq güdmədən, millətinə və xalqına xidmət etmək hər kəsin borcudur: “Əgər bizlər xalqımızın gələcəyi naminə görülən işlərə biganə yanaşsaq, əsrlər boyu başımıza gətirilən haqsızlığın, bundan sonra da təkrarlanmasının şahidi olacağıq. Bizlər millətimizin qazandığı uğurlara nəinki sevinmirik, hətta qısqanırıq. Əgər ölkədə xoşagəlməz, bədbəxt hadisə baş versəydi, indi saysız-hesabsız, oxunan və oxunmayan saytlar və qəzetlər manşet vermişdilər”.

Deputat Almaniyanın Koblenz şəhərində peşəkarlar arasında keçirilən WMAO versiyasi üzrə (K-1) yarışda Azərbaycan Kikboksinq Federasiyasının yığma komandasının üzvü, peşəkar kikboksçu Ramal Aslanovun dünya çempionluğunu qazanmasının medianın diqqətindən yayınmasından gileylənib: “Ramal Aslanov mənim əqrəbam deyil, o, sadəcə xalqımın balasıdır, gözəl idmançıdır. Ramal dünya kəmərini haqq edib, qazanıb. Onun uğuruna bütün Azerbaycan xalqı sevinməlidir. Nə üçün xalqımızın bütün təbəqəsi bu sevinci paylaşmamalıdır? Niyə saytlar və qəzetlər bu sevincli xəbəri yaymır? Hələ ki torpaqlarımızın 20 faizi işğal altındadır, bizə gənclərimizi milli ruhda böyütmək lazımdır. Bu cür münasibət millətimizin balalarının milli və vətənpərvər ruhda böyüməsinin qarşısının alınması deyilmi? Bu gün idman zallarına gələn yeniyetmə sabahın əsgəri deyilmi? Saxta titullarla özümüzü aldatmamalıyıq. Kimin gücü nəyə çatır, xalqımızın yolunda əsirgəməməlidir”.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər