"Çelsi"nin hücumçusu Dieqo Kosta cəzalanıb.
Buna ispaniyalı futbolçunun qeyri-etik davranışı səbəb olub.
İngiltərə Federasiya kubokunun 1/4 finalında "Everton"la görüşün sonlarında meydandan qovulan Kosta rəqib azarkeşlərə ədəbsiz jest edib. Bu səbəbdən bir oyunluq cəzalandırılan 27 yaşlı futbolçu həmçinin 20 min funt-sterlinq cərimə ödəyəcək.
Qeyd edək ki, cari mövsüm "Çelsi"nin heyətində 37 oyun keçirən Kosta 15 qol vurub və 6 məhsuldar ötürmə verib.