11 Aprel 2016 20:54
1 103
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən il ən çox gəlir əldə edən futbolçuların siyahısı açıqlanıb.

Teleqraf.com-un AFP-yə istinadən verdiyi məlumata görə, "Barselona"nın forvardı Lionel Messi bu göstəricidə birinci olub.

Argentinalı futbolçu 2015-ci ildə 74 milyon avro qazanaraq bütün həmkarlarını geridə qoyub. "Real"ın hücumçusu Kriştiano Ronaldo 67,4 milyon avro ilə ikinci, "Barselona"lı Neymar isə 43,5 milyon avro ilə üçüncü olub.

Xatırladaq ki, qeyd olunan məbləğlərə futbolçuların maaşları, vergi ödəmələri, sosial təminat fonduna ayırmalar, imza bonusları və reklam müqavilələri də daxil edilib.


Müəllif: