"Atletiko"nun baş məşqçisi Dieqo Simeone cəzalandırılıb.
Buna argentinalı mütəxəssisin "Malaqa" ilə La Liqa matçında qaydalara zidd hərəkət etməsi səbəb olub.
Simeonenin "Malaqa"nın əks hücumu zamanı topdaşıyan uşaqdan ikinci topu meydana atmasını tələb etməsi ona baha başa gəlib.
İspaniya Futbol Federasiyası bu hərəkətinə görə Simeoneni 3 oyunluq cəzalandırıb. Bu isə o deməkdir ki, Simeone mövsümün son 3 matçında komandasının oyununu tribunadan izləməli olacaq.