Bakıda “Tour d’Azerbaidjan-2016” beynəlxalq velosiped turuna start verilib.
Teleqraf.com xəbər verir ki, builki yarışda 18 ölkədən 21 komanda mübarizə aparacaq. Onlardan da 6-sı peşəkar kontinental, "Synergy Baku" da daxil olmaqla 14-ü kontinental, 1-i isə milli komandadır.
Velotur 5 mərhələdən ibarətdir və velospiedçilər beş gün ərzində Bakı və Sumqayıt şəhərlərinin, Abşeron, Qobustan, Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ, Oğuz, Şəki rayonlarının ərazilərindən keçməklə, 790 km-dən çox məsafə qət edəcəklər.