24 May 2016 16:51
595
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda keçiriləcək 42-ci Ümumdünya Şahmat Olimpiadası Azərbaycanın dünyada tanıdılması üçün gözəl bir imkandır.

Teleqraf.com-un məlumatına görə, bunu Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov olimpiadaya 100 gün qalması ilə bağlı keçirilən tədbirdə deyib.

Nazir bildirib ki, Azərbaycanda çox mötəbər yarışlar keçirilir: "Yarışlara 1 il qalanda, 100 gün qalanda biz bu həyəcanı yaşayırıq".

A.Rəhimov qeyd edib ki, Ümumdünya Şahmat Olimpiadasında 180 ölkədən nümayəndələr iştirak edəcəklər: "Azərbaycanda ilk dəfə olaraq keçirilən tədbirə 180 ölkənin nümayəndəsinin gələcəyi gözlənilir. Bu bizim gözəl ölkəmizi dünyaya tanıtmaq üçün yaxşı bir imkandır. Dünyanın məşhur şahmatçıları Bakıya toplaşacaq. Bu, Azərbaycanda şahmatın inkişafına gözəl bir töhfədir. Biz qürurla deyə bilərik ki, Azərbaycan idman ölkəsidir. İnanırıq ki, bu yarış Azərbaycanda çox yüksək səviyyədə keçiriləcək. Bunun üçün heç bir problem yoxdur. Yarışın təşkil edilməsi üçün bütün işlər öz qaydasında gedir".

İlhamə


Müəllif:

Oxşar xəbərlər