İngiltərə çempionşipdə mübarizə aparan "Lids" klubu baş məşqçisi Stiv Evansla yollarını ayırıb.
Qol.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu barədə qərarı klubun prezidenti Massimo Çellino verib.
53 yaşlı mütəxəssis Çellinonun qovduğu 6-cı baş məşqçi olub. Şotlandiyalı mütəxəssis köməkçisi ilə birgə müqaviləsinin başa çatmasına 30 gün qalmış vəzifəsindən göndərilib.
Qeyd edək ki, "Lids" klubu çempionşipdə ötən mövsümü 13-cü pillədə başa vurub.