Gürcüstan Rusiyadan əvvəllər olduğu qədər asılı deyil.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Gürcüstanın baş naziri Georgi Kvirikaşvili Tbilisidə keçirilən beynəlxalq enerji forumunda bildirib.
"Qazprom"la bizim texniki xarakterli danışıqlarımız olub, bu da müqavilə ilə başa çatıb. Biz Rusiyadan keçmişdə olduğu qədər asılı deyilik", - deyə Kvirikaşvili bildirib.
Kvirikaşvili qeyd edib ki, yekunda SOCAR ilə daha sərfəli şərtlərlə enerji üzrə müqavilə imzalandı.