Azərbaycan Mərkəzi Bankı 23 iyun tarixinə valyuta məzənnələrini açıqlayıb.
Mərkəzi Bankdan Teleqraf.com-a verilən məlumata görə, iyunun 23-ə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,5301 manat təşkil edir.
Manata nəzərən avronun məzənnəsi isə 1,7347 manat təşkil edir.
1 türk lirəsi 0,5293 manat, 1 rus rublu 0,0237 manatdır.