22 Aprel 2014 13:06
1 222
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 22-də Bakı Biznes Mərkəzində Azərbaycan-Kamboca biznes forumu keçirilib.

Teleqraf.com”un məlumatına görə, İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə keçirilən tədbirdə hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, sənaye, kənd təsərrüfatı, konsaltinq, tikinti, logistika sahələrində fəaliyyət göstərən 50-dən çox iş adamı iştirak edib.

İqtisadiyyat və sənaye nazirinin müavini Sahil Babayev Azərbaycanın beynəlxalq əməkdaşlığın genişləndirilməsinə böyük önəm verdiyini diqqətə çatdırıb, biznes forumların, işgüzar görüşlərin və sahibkarların iştirakı ilə keçirilən digər tədbirlərin iqtisadi münasibətlərin inkişafında əhəmiyyətli rol oynadığını qeyd edib. Nazir müavini Azərbaycan-Kamboca biznes forumunun ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafına müsbət töhfə verəcəyini bildirib.

Kamboca Krallığının ticarət naziri və İnkişaf Şurasının sədr müavini Sun Çanthol ölkəsi ilə Azərbaycan arasında iqtisadi əlaqələrin inkişafı üçün mövcud potensialdan səmərəli istifadənin, iş adamları arasında əlaqələrin genişləndirilməsinin ölkələrimiz arasında iqtisadi-ticarət əməkdaşlığının inkişafında önəmini vurğulayıb. Sədr müavini iqtisadi əlaqələrin inkişaf istiqamətləri barədə də məlumat verib.

AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanın investisiya mühiti və biznes imkanlarına, Kambocanın İnkişaf Şurasının baş katibi Sok Çenda Sofean Kambocanın investisiya mühitinə dair təqdimatlarla çıxış ediblər.

Biznes forum iş adamları arasında ikitərəfli görüşlərlə davam edib.

Naibə


Müəllif:

Oxşar xəbərlər