Dünya birjalarında neftin qiyməti bahalaşmaqda davam edir.
Teleqraf.com-un məlumatına görə, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,42 dollar bahalaşaraq 41,98 dollar, Londonun İCE (“İnterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti isə 0,56 dollar artaraq 44,42 dollar olub.