12 Avqust 2016 16:19
542
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən ilin dekabr ayında təbii fəlakət nəticəsində “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzadan sonra aparılan əsaslı təmir işləri nəticəsində özüldəki 160 nömrəli quyu istismara verilib.

SOCAR-dan Teleqraf.com-a verilən məlumat görə, Quyu Fasilə Lay Dəstəsindən qazlift üsulu ilə məhsul vermiş, 2950-2909 metr intervaldan sutkalıq 99 ton neft və 11 500 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib.

Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “28 May” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər