13 Avqust 2016 19:01
544
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanın magistral neft kəmərləri ilə 26 400,0 min ton neft nəql edilib.

Teleqraf.com Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, nəqletmənin 78%-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib.

Bu ilin yanvar-iyul ayları ərzində bu kəmər vasitəsilə 20 596,4 min ton neft ötürülüb. Dövr ərzində BTC kəməri ilə 2,8 mln. ton tranzit nefti də nəql edilib.

Qeyd edək ki, BTC boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır. Boru kəmərinin gündəlik ötürmə qabiliyyəti 1,2 mln. bareldir. Kəmər 2006-cı ildən istifadədədir. Hazırda BTC boru kəməri ilə Azərbaycandan əsasən AÇG nefti və "Şahdəniz" kondensatı daşınır. Bundan əlavə, BTC vasitəsilə Türkmənistan nefti də nəql olunur.


Müəllif:

Oxşar xəbərlər