22 Avqust 2016 16:46
508
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 9-da Beynəlxalq Valyuta Fondu (BVF) Direktorlar Şurasının üzvləri Azərbaycana səfər edəcək.

Teleqraf.com xəbərinə görə, bu barədə BVF-nun Azərbaycanın daxil olduğu ölkələr qrupunun icraçı direktoru və Azərbaycan üzrə missiyanın rəhbəri Məhəmməd əl-Qorçi məlumat verib.

Məhəmməd Qorçi deyib ki, səfər zamanı missiya bir sıra görüşlər keçirəcək.

BVF rəsmisi həmçinin özünün Azərbaycana səfərinin planlaşdırılmadığını qeyd edib: “Oktyabrın 8-9-da Vaşınqtonda (ABŞ) BMF-Dünya Bankının birgə illik toplantısı keçiriləcək. Ondan sonra isə mənim Azərbaycana səfərimin məsələsinə baxacağıq”.

O, BVF-in Azərbaycanla bağlı hər hansı yeni layihənin maliyyələşməsini planlaşdırmadığını da qeyd edib.


Müəllif:

Oxşar xəbərlər