Azərbaycan Mərkəzi Bankı 26 avqust tarixinə valyuta məzənnələrini açıqlayıb.
Mərkəzi Bankdan Teleqraf.com-a verilən məlumata görə, avqustun 26-a olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,6280 manat təşkil edir.
Manata nəzərən avronun məzənnəsi isə 1,8374 manat təşkil edir.
1 türk lirəsi 0,5544 manat, 1 rus rublu 0,0251 manatdır.