30 Avqust 2016 17:16
564
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəzərin Azərbaycan sektorunda “Şahdəniz 3” layihəsi üzrə təbii qaz ehtiyatlarının 500 milyard kubmetr həcmində olacağı nəzərdə tutulur.

Teleqraf.com-un məlumatına görə, bu barədə Enerji İqtisadiyyatı üzrə Beynəlxalq Assosiasiyanın (IAEE) təşkilatçılığı ilə Bakıda keçirilən “Xəzər regionunda inkişaf etməkdə olan enerji iqtisadiyyatları: dəyişikliklər və imkanlar” mövzusunda I Avrasiya konfransındakı çıxışında Atlantik Şurasının (Atlantic Council) enerji məsələləri üzrə eksperti Con Roberts deyib.

O bildirib ki, “Şahdəniz 1” və “Şahdəniz 2” layihələri üzrə ümumilikdə 1,2 trilyon kubmetr həcmində ehtiyat var.

2018-2025-ci illərdə hər iki layihə üzrə ildə ümumilikdə 25 milyard kubmetr həcmində qaz ixrac etmək mümkün ola bilər.


Müəllif:

Oxşar xəbərlər