Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.
Teleqraf.com-un məlumatına görə, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,28 dollar bahalaşaraq 45,63 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,32 dollar artaraq 48,10 dollar olub.
“AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 0,54 dollar ucuzlaşaraq 47,37 dollar təşkil edib.