7 Sentyabr 2016 12:16
608
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda Nizami rayonu Naxçıvanski küçəsinin Qara Qarayev prospekti ilə kəsişməsindəki yolda səki daşları yararsız hala salınıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat yayıb.

Onun sözlərinə görə, sözügedən ərazidə 3-4 ay bundan öncə təmir işləri aparılsa da, insanlar tərəfindən ziyan vurulub: “Elə bil düşmən malıdır! Bunu edən insanlar bir şeyi anlamırlar ki, buranın təmiri üçün dövlət büdcəsindən müəyyən məbləğdə vəsait ayrılır. Dövlət büdcəsinin də bir hissəsi vətəndaşların ödədiyi vergi hesabına formalaşır. Dövlət əmlakına maddı ziyan vurmaqla həmin insanlar dolayısı ilə özlərinə də ziyan vurmuş olurlar”.

Kəmalə


Müəllif: