14 Sentyabr 2016 14:16
631
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmlak Məsələləri Dövlət Komitəsi dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı açıq hərraclara start verib.

Hərracda vətəndaş və ya investor elektron qaydada sifariş verərək, satış qiymətinin 10 faiz məbləğində beh ödəməklə iştirakçı hüququ qazanıb.

Keçirilmiş hərracda ümumilikdə 36 dövlət əmlakı satılıb. Hərrac nəticəsində dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə 1,8 milyon manat vəsait köçürüləcək.

Özəlləşdirilmiş əmlaklardan 9-u səhmdar cəmiyyətin 30%-lik hissəsi, 20-si kiçik dövlət müəssisə və obyekti, 7-si nəqliyyat vasitəsi olub. Nəzarət səhm paketinin 30% hissəsi özəlləşdirilmiş 9 səhmdar cəmiyyəti pambıqçılıq, ticarət, kənd təsərrüfatı məhsullarının emalı, nəqliyyat və təmir sahəsi ilə bağlı olub. Bu müəssisələr Göyçay, Bərdə, Tərtər, İsmayıllı, Sabirabad, Xaçmaz və digər regionlarda yerləşir. Ölkədə pambıqçılığın inkişafına verilən önəm hərraca çıxarılan 4 pambıqçılıq müəssisəsinin satılmasına imkan verib.

Hərracda özəlləşdirilmiş 20 kiçik dövlət müəssisə və obyektindən 15-i Bakıda, 5-i isə respublikanın digər şəhər və rayonlarında yerləşir. Bəzi kiçik dövlət obyektinin satışı üzrə hərrac sifarişçi sayının çox olması səbəbindən daha rəqabətli keçib.

Satılmış kiçik dövlət müəssisələri xidmət, ticarət, ictimai iaşə, avtotəmir və digər sahələrə aid olub. Hərracda 25 səhmdar cəmiyyəti, 32 kiçik dövlət müəssisə və obyekti, 16 nəqliyyat vasitəsi satışa çıxarılıb.

Növbəti hərrac sentyabrın 20-də keçiriləcək.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər