28 İyun 2014 15:47

Britaniyanfn “BP” neft şirkəti yüzlərlə biznes qurumunu məhkəməyə verərək onlarla milyon dollar tələb edir.

ANS PRESS-in məlumatına görə, həmin pulları şirkət 2010-cu ildə Meksika körfəzində neftin daşmasına görə kompensasiya kimi ödəyib.

“BP” hesab edir ki, ödənişlər əsassız olub, çünki qəza nəticəsində itkilər barədə yanlış göstəricilərə əsaslanıb.

Keçən il ABŞ məhkəməsi etiraf edib ki, itikilərin hesablanması ilə məşğul olan mütəxəssis zərərçəkmiş tərəfin tələbini düzgün şərh etməyib. Məhkəmə ondan yanaşmanı dəyişməyi tələb edib.

“BP” bu qərara qədər verilmiş pulları faizlə geri qaytarmağı tələb edir.


Müəllif:
Загрузка...