“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin (ASC) yeni istehsalat bazası fəaliyyətə başlayıb.
Bu barədə Teleqraf.com-a “Azəravtoyol”dan məlumat verilib.
Baza Bakı 2 nömrəli Yol İstismarı MMC-nin tərkibində yaradılıb. İstehsalat bazasına keçirilən baxışda “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov və digər nümayəndələr iştirak ediblər. Bazanın ərazisində qurulan asfalt-beton və emulsiya zavodlarına da baxış keçirilib.
İlhamə ƏBÜLFƏT