29 Sentyabr 2016 16:55
590
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda oktyabrın 28-də Dünya Azərbaycanlı İş Adamlarının Forumu keçiriləcək.

Bu barədə Teleqraf.com-a Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) mətbuat xidmətindən bildirilib.

Forum Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarının IV Qurultayındakı nitqində əksini tapmış tövsiyələrə əsasən keçirilir.

Prezident İlham Əliyev qurultaydakı nitqində xarcdə yaşayan azərbaycanlı iş adamlarına müraciət edərək, onları ölkə xüsusilə iqtisadiyyatın real sektoruna, kənd təsərrüfatı, sənaye, turizm, yüksək texnologiyalar sektorlarına sərmayə qoymağa çağırıb.

Forumda xaricdə yaşayan azərbaycanlı iş adamlarının Azərbaycan Respublikasında iqtisadiyyatın müxtəlif sahələrinə sərmayə qoymasna stimul verən amillər, dövlət səviyyəsində həyata keçirilən ardıcıl tədbirlər nəticəsində yaranmış əlverişli investisiya mühitinin yaratdığı əlavə imkanlar, ölkənin ümumi iqtisadin inkişafında xaricdə yaşayan azərbaycanlı iş adamlarının rolu ilə bağlı bir sıra məsələlər müzakirə olunacaq.

Forumda xarici iş adamlarının və böyük şirkətlərin Azərbaycana investisiya qoymağa təşviq edilməsi ilə bağlı məsələlər ətrafında da fikri mübadiləsi aparılacaq. Forumun gündəliyinə daxil edilmiş əsas mövzulardan biri də xarici ölkələrdə yaşayan və fəaliyyət göstərən azərbaycanlı iş adamlarının ölkəmizin milli maraqlarının qоrunması, Azərbaycan həqiqətlərinin təbliği və diaspоr quruculuğu işinə daha fəal şəkildə cəlb оlunmasıdır.

Forumda xarici ölkələrdə yaşayan 300 nəfərə yaxın azərbaycanlı iş adamı və diaspor rəhbərinin, eləcə də ölkə daxilində fəaliyyət göstərən sahibkarların dəvət olunması nəzərdə tutulub.

Toplantıda Dünya Azərbaycanlı İş Adamları Birliyinin yaradılması təşəbbüsü də müzakirə ediləcək.

Tədbirə dəvət olunmuş azərbaycanlı iş adamlarının iştirakı ilə biznes-forumun, habelə dövlət və hökumət nümayəndələri ilə görüşün təşkili də planlaşdırılır.


Müəllif:

Oxşar xəbərlər