Azərbaycanda işsizlərin sayı açıqlanıb.
Dövlət Statistika Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, 2016-cı il oktyabr ayının 1-nə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 33,8 min nəfər olub, onların 37,9 faizini qadınlar təşkil edib.
İşsizliyə görə müavinətin orta məbləği 247,3 manatdır.