21 Oktyabr 2016 11:08
855
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu il noyabrın 1-dən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə standart və sərhəd sığorta müqavilələri kağız şəhadətnamələrdə deyil, elektron formada bağlanılacaq.

Teleqraf.com Report-a istinadən xəbər verir ki, bu barədə bu gün İcbari Siğorta Bürosunda (İSB) keçirilən mətbuat konfransında İSB-nin icraçı direktoru Elxan Quliyev bildirilib.

Onun sözlərinə görə, bu məqsədlə avqust ayından Büronun üzvü olan sığorta şirkətlərinə lazımi veb-servislər təqdim olunub, informasiya sisteminin proqram təminatına dəyişiklik edilib.

Noyabrın 1-dən sistem icbari avtosığorta məhsullarının onlayn rejimdə satılmasına imkan verəcək.

Elxan Quliyev qeyd edib ki, noyabrın 1-nə qədər satılmış kağız daşıyıcılarında olan sığorta məhsulları müqavilə müddətinin sonuna qədər qüvvədə olacaq və onların əvəz edilməsinə ehtiyac yoxdur.


Müəllif:

Oxşar xəbərlər