21 Oktyabr 2016 17:37
641
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində “Kredit büroları haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirə olunub.

Teleqraf.com-un xəbərinə görə komitə üzvləri Vahid Əhmədov, Əli Məsimli, İlham Əliyev, Aydın Hüseynov, Cavid Qurbanov, Şəmsəddin Hacıyev ikinci oxunuşda müzakirəyə çıxarılmış “Kredit büroları haqqında” qanun layihəsinə dair rəy və təkliflərini açıqlayıblar. Bildirilib ki, kredit bürolarının yaradılması ölkədə maliyyə sisteminin sabitliyinin tənzimlənməsinə xidmət edəcək. Mükəmməl şəkildə hazırlanmış bu sənəd vətəndaşların maliyyə xidmətlərinə çıxış imkanlarını yaxşılaşdıracaq, borc münasibətlərində maliyyə intizamını möhkəmləndirəcək.

Yeni qanunun mühüm əhəmiyyətini qeyd edən millət vəkilləri Azərbaycanda bank sisteminin sağlamlaşdırılması vacibliyinə də toxunublar. Bildirilib ki, bank sektoru ölkə iqtisadiyyatının şah damarı, onurğa sütunudur. Azərbaycan Prezidentinin təşəbbüsü ilə cari ildən fəaliyyətə başlayan Maliyyə Bazarlarına Nəzarət Palatası, həmçinin Milli Məclisdə qəbul edilən yeni qanunlar bank sisteminin sağlamlaşdırılmasına kömək etməlidir. İnsanların banklardan asılılığı azaldılmalıdır.

“Kredit büroları haqqında” qanun layihəsi barədə deputatların və mütəxəssislərin fikirləri dinlənildikdən sonra Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlı çıxışlara münasibət bildirib, millət vəkillərini maraqlandıran məsələlərə aydınlıq gətirib. Başçılıq etdiyi qurumun ötən müddətdə həyata keçirdiyi tədbirlərdən bəhs etdi. Bu qanun layihəsinin təkmilləşməsi istiqamətində verilən təkliflərə görə deputatlara və ekspertlərə təşəkkürlərini çatdırıb.

Sonda “Kredit büroları haqqında” qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

NEMƏT


Müəllif:

Oxşar xəbərlər