14 Noyabr 2016 12:41
763
12 Punto 14 Punto 16 Punto 18 Punto

2016-cı ilin yanvar-sentyabr ayları ərzində Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 37154,5 min ton, yük dövriyyəsi isə 7289,0 milyon ton-km olub.

Bu barədə Teleqraf.com-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumata görə, yüklərin 23496,1 min tonu və ya 63,2 faizi avtomobil nəqliyyatı, 10214,2 min tonu və ya 27,5 faizi dəmir yolu nəqliyyatı, 3444,2 min tonu və ya 9,3 faizi dəniz nəqliyyatı ilə daşınıb.

2015-ci ilin müvafiq dövrü ilə müqayisədə dəhliz vasitəsilə daşınmış yüklərin həcmində 5,4 faiz azalma müşahidə edilib. Bunun əsas səbəbi dəmir yolu və dəniz nəqliyyatı ilə yük daşınmasındakı azalmalar (müvafiq olaraq 12,7 faiz və 27,1 faiz) olub.

Qeyd olunan dövrdə avtomobil nəqliyyatı ilə daşınmış yüklərin həcmi 2,8 faiz artıb. Dəhliz vasitəsilə daşınmış yüklərin 14,9 faizini və ya 5518,4 min tonunu tranzit yüklər təşkil edilib.

Bu ilin yanvar-sentyabr aylarında dəhliz vasitəsilə 253,3 milyon sərnişin daşınıb, sərnişin dövriyyəsi 5085,9 milyon sərnişin-km olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmış sərnişinlərin sayı 2,4 faiz, sərnişin dövriyyəsi isə 1,6 faiz artıb.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər