2016-cı ilin ilk 10 ayı ərzində Azərbaycana 1 milyard 71 milyon 977.90 min dollarlıq yeyinti məhsulları idxal olunub.
Dövlət Gömrük Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, bu məbləğ ötən ilin eyni dövrü ilə müqayisədə 33 faiz çoxdur.
Azərbaycana 32 milyon 108 min dollarlıq ət, 6 milyon 240 min dollarlıq süd, 40 milyon 578 dollarlıq kərə yağı, 105 milyon 47 min dollarlıq meyvə-tərəvəz, 35 milyon 59 min dollarlıq çay, 234 milyon 351 min dollarlıq buğda, 113 milyon 606 min dollarlıq bitki yağları, 142 milyon 649 min dollarlıq şəkər idxal olunub.