17 Noyabr 2016 16:39
843
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu yaxınlarda Azərbaycanda səfərdə olan Asiya İnkişaf Bankının vitse-prezidenti Vençay Janq elektrik enerjisi tarifləri məsələsinə də toxunub. O bildirib ki, tariflər elə səviyyədə olmalıdır ki, bu, enerji sektorunun dayanıqlığını və iqtisadi cəlbediciliyini təmin etsin:

“Gələn ilin sentyabr ayına qədər elektrik enerjisi tariflərinin artırlması və maliyyə vəziyyətinin bərpası üzrə plan hazırlanmalıdır”.

İqtisadçı ekspert Samir Əliyev Teleqraf.com-a açıqlamasında bildirib ki, indiki halda elektrik enerjisinin qiymətlərinin qaldırılması düzgün deyil: “Azərbaycanda işığın, suyun, təbii qazın verilməsi dövlət sektorunun nəzarətindədir. Başqa ölkələrdə isə bu xidmətlər özəl şirkətlərə tapşırılır. Biz həmişə qeyd edirik ki, kommunal xidmətləri özəl sektorun idarəçiliyinə verilsə, bu, büdcə xərclərinin azaldılmasına gətirər”.

Ekspert hesab edir ki, elektrik enerjisinin qiymətlərinin qaldırılması təşəbbüsü yersizdir.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər