16 Yanvar 2017 21:53
529
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərişıq” ASC Asiya İnkişaf Bankının Azərbaycanda enerji sisteminin yenilənməsi üzrə proqramı çərçivəsində 6 yarımstansiyanın tikilməsi və təchizatını planlaşdırır.

Teleqraf.com-un məlumatına görə, proqram çərçivəsində 35/10 kVt gücündə “İlisu”, “Oğuz”, “Şamaxı”, “Əlvədi”, “Səpnəkəran” və “Pirsaat” yarımstansiyalarının layihələndirilməsi və tikintisi nəzərdə tutulur.

Qeyd edək ki, proqramın həyata keçirilməsi ilə əlaqədar “Azərişıq” ASC tərəfindən tender elan olunub.


Müəllif:

Oxşar xəbərlər