26 Yanvar 2017 14:04
504
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qlobal neft təklifi və tələbatı bu il, eləcə də 2018-ci ildə artacaq.


Teleqraf.com-un xəbərinə görə, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) məlumat yayıb.

EIA-ya görə, ötən il dünyada orta aylıq olmaqla sutkada 96,4 milyon barrel xam neft istehsal edilib. Bu həcmin bu il 1,4 faiz artaraq 97,5 milyon barrel, 2018-ci ildə isə daha 1,1 faiz çoxalaraq 98,9 milyon barrel olacağı proqnozlaşdırılır.

Keçən il dünya üzrə orta aylıq olmaqla gündəlik 95,6 milyon barrel neft istehlak edilib. Bu həcmin cari ildə 1,5 faiz artaraq 97,2 milyon barrel, 2018-ci ildə isə daha 1,6 faiz çoxalaraq 98,7 milyon barrel təşkil edəcəyi nəzərdə tutulur.

2016-cı ildə orta hesabla 0,9 faiz azalan xam neft ehtiyatları 2017-ci ildə 0,3 faiz və 2018-ci ildə isə 0,1 faiz artacaq.


Müəllif:

Oxşar xəbərlər