Vergilər Nazirliyi borcların müəyyən faiz hissəsi ödəniləcəyi təqdirdə qalan maliyyə sanksiyaları üzrə borcları silinə biləcək vergi ödəyicilərinin siyahısını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, bu qərar ümumilikdə 22845 vergi ödəyicisinə aid edilib.
Maliyyə sanksiyaları üzrə borcları silinə bilən fiziki şəxslərin sayı 13 014 nəfər, hüquqi şəxslərin sayı isə 9 831-dir.