16 Fevral 2017 16:12
513
12 Punto 14 Punto 16 Punto 18 Punto

AZALJET Moskvadan Gəncə və Qəbələyə yeni reyslər açır.

AZAL-dan Teleqraf.com-a verilən məlumata görə, martın 15-dən etibarən AZALJET brendi ("Azərbaycan Hava Yolları"-nın aşağı büdcəli brendi) altında Moskvanın "Vnukovo" hava limanından Azərbaycanın regionlarına - Gəncə və Qəbələyə müntəzəm reyslərin yerinə yetirilməsinə başlanılacaq.

Moskva-Gəncə reysləri hər həftənin çərşənbə və şənbə günləri, Moskva-Qəbələ reysləri isə hər həftənin cümə axşamı günləri Airbus A320 təyyarələri ilə yerinə yetiriləcək.

Aviabiletlərin qiymətləri 49 avrodan başlayacaq (bir istiqamətdə). Baqajın daşınma qiyməti hər kiloqram üçün 2 avro təşkil edəcək.

İlhamə ƏBÜLFƏT


Müəllif: