Bu ilin yanvar ayı ərzində Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 173 mln. 653,49 min manat daxil olub.
Dövlət Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, gömrük daxilolmaları ötən ilin analoji dövrü ilə müqayisədə 70 mln. 26,83 min manat və ya 67,57% artıb.
Yanvar ayı ərzində gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 44 mln. 217,05 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 124 mln. 631,39 min manat, aksizlər üzrə 2 mln. 691,77 min manat, yol vergisi üzrə isə 2 mln. 113,27 manat təşkil edib.
İlhamə ƏBÜLFƏT