23 Fevral 2017 17:54
644
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Avropa Komisiyası olaraq əlimizdən gələni edəcəyik ki, “Cənub Qaz Dəhlizi” layihəsinin icrası ilə bağlı hər hansı bir yubanma baş verməsin”.

Bunu Avropa Komissiyasının ereneji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç deyib.

Onun sözlərinə görə, baş verə biləcək yubanmaların qarşısını almaq üçün hazırda danışıqlar gedir: “Layihənin icrasında ləngimələrin olmaması üçün İtaliya höküməti icazələrin verilməsinin sürətləndirilməsi və prosedurun sadələşdirilməsi mövcud qaydalara dəyişiklik edib.

Hazırda həm İtaliya höküməti, həm də Avropa İttifaqı enerji təhlükəsizliyi və gələcəkdə bu regionlarda yaşayan insanlar üçün faydasını nəzərə alaraq baş verə biləcək yubanmaların qarşısını almaq üçün hazırda danışıqlar gedir. Buna görə də biz hal hazırda konstruktiv həll varinatının tapılması üzərində çalışacayıq. Mən hətta konstruktiv cavab almışam.

Bu məsələrin həlli üçün həmin bölgələrə səfərlərim nəzərdə tutulub və bu istiqamətdə lazim olan addımlar atacam. Avropa Komisiyası olaraq əlimizdən gələni edəcəyik ki, hər hansı bir yubanma baş verməsin".

***

“Toplantı çərçivəsində irəliliyişin nəticələrini nəzərdən keçirdik və bunu müsbət qiymətləndiririk”.

Teleqraf.com xəbər verir ki, bunu “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının III iclası çərçivəsində Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç mətbuat konfransında deyib.

Onun sözlərinə görə, “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının iclası zamanı layihənin bütün hissələrində irəliləyişlərin olduğu bildirilib və bu, məmnunluq yaradıb: "Çalışacağıq ki, 2018-ci ildə Türkiyə, 2020-ci ildə isə Avropaya ilk qaz çatdırılsın.

Layihə marşurut xətti boyunca yerləşən ölkələrə fayda verəcək və həmin ölkələr, xüsusilə, İtaliya üçün ayrıca faydalı olacaq”.

Maroş Şevçoviç bildirib ki, iclasda layihənin icrasının vaxtında başa çatmayacağı ilə bağlı narahatlıqlar da səsləndirilib. Onun sözlərinə görə, müasir dövrün çağırışları nəzərə alınmalıdr.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər