Mayın 14-15-i tarixlərində Pekində “Müasir İpək Yolu” beynəlxalq layihəsinə həsr olunan toplantı keçiriləcək.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Çin Xalq Respublikasının prezidenti Xi Jinping toplantıya 65 ölknin dövlət başçısını dəvət edib.
Dəvət edilən qonaqlar arasında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da var. Sözügedən beynəlxalq konfransda iştirak etmək üçün Azərbaycana da dəvət göndərildiyi deyilir.
Toplantı çərçivəsində Xi Jinping ilə Rəcəb Tayyib Ərdoğan arasında ikitərəfli görüşün keçirilməsi də nəzərdə tutulur.
Xatırladaq ki, Çin hökuməti Şərqdən Londona qədər birbaşa nəqliyyat dəhlizi yaradan “Müasir İpək Yolu” layihəsinin reallaşdırılması üçün 2014-cü ildə “İpək Yolu İqtisadi Fondu” yaradıb. Hazırda bu fond 40 milyardlıq maliyyə vəsaitinə malikdir. Eyni zamanda Çin hökuməti 2014-cü ildə 50 milyard dollarlıq ilkin investisiya vəsaiti olan Asiya İnkişaf və İnvestisiya Bankı təsis edib. Türkiyə də sözügedən bankın təsisçilərindən biridir.
Vasif Həsənli